Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Daha bir boksçu Həbib Nurməhəmmədovla döyüşmək istəyir


Boks üzrə sabiq dünya çempionu Roy Cons UFC çempionu Həbib Nurməhəmmədovla döyüşməyə hazır olduğunu bəyan edib.

Oxu.Az xəbər verir ki, Roy Cons Həbibin Floyd Meyvezerlə döyüşünün təxirə salınacağı təqdirdə, yaxşı pul mükafatı müqabilində rusiyalı idmançı ilə döyüşə cıxa biləcəyini bildirib. 

“Konorun Həbiblə döyüşü doğrudan da maraqlı hadisə idi. Eşitmişəm ki, Həbib Meyvezerlə döyüşmək istəyir. Lap yaxşı. Əgər onlarda alınmasa, özüm məmnuniyyətlə onun çağırışını qəbul edəcəyəm. Təbii ki, yaxşı qonorar müqabilində”, - deyə o vurğulayıb. 

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə