Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut


DÇ-2018:
 Fransa Argentinaya qalib gələrək 1/4 finala yüksəlib



Bu gün DÇ-2018-də 1/8 final mərhələsinə start verilib.

 

C qrupunda Danimarka, Peru və Avstraliya ilə mübarizəni lider tamamlayan Fransa D qrupunun ikincisi Argentina ilə qarşılaşıb.  Fransa Argentinaya 4:3 hesabı ilə qalib gələrək 1/4 finalın ilk iştirakçısı olub. Argentina millisi mundialla vidalaşıb.

 

DÇ-2018

 

1/8 final

 

30 iyun

 

Fransa – Argentina - 4:3

 

Qollar: Antuan Qrizmann, 13 (pen.); Benjamin Pavar, 57; Kilian Mbappe, 64, 68 - Anxel Di Mariya, 41; Qabriel Merkado, 48; Serxio Aquero, 90+3

 

Sarı vərəqələr: Blez Matuidi, 72; Benjamin Pavar, 73; Olivye Jiru, 90+3 - Markos Roxo, 11; Nikolas Talyafiko, 19; Xavyer Maskerano, 43; Ever Baneqa, 50; Nikolas Otamendi, 90+3

 

Baş hakim: Alirza Fagani (İran)

 

Kazan, “Kazan Arena”

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə