Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
21-08-2018 | 13:39        

  2018-2019-cu tədris ili üzrə “ASAN Peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir. Proses avqustun 26-dək davam edəcək.

“ASAN Peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbuluna avqustun 6-dan başlanılıb. Bu günədək sənəd qəbulunda 8800 vətəndaş qeydiyyatdan keçərək ixtisas seçib. Dövlət peşə təhsili müəssisələrinə ərizə qəbulu “ASAN xidmət” mərkəzlərində ödənişsiz formada həyata keçirilir. Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd tələb olunur. Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda yerləşən peşə təhsili müəssisələrinə həm dövlət, həm də ödənişli əsaslarla qəbul “ASAN xidmət” tərəfindən aparılır. Mingəçevir şəhəri, Bərdə, Masallı, Sabirabad, Quba və Qəbələ rayonları üzrə peşə təhsili müəssisələrinə dövlət hesabına qəbul müvafiq “ASAN xidmət” mərkəzlərində aparılır. “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə dövlət peşə təhsili müəssisələrinə sənəd vermək istəyən şəxslər istənilən “ASAN xidmət”ə və müvafiq təhsil müəssisələrinə müraciət edə bilərlər. İxtisas seçiminə gəldikdə isə, sənəd qəbulu prosesində vətəndaşlar 10 ixtisas seçə bilərlər. Dövlət peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilir.

2018-2019-cu tədris ili üzrə “ASAN Peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir. Proses avqustun 26-dək davam edəcək.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə