Dövlət Rus Dram Teatrının truppası Rusiyada qastrol səfərindədir
31 October 2017
Noyabrın 9-dək Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının truppası Rusiyanın bir sıra şəhərlərində qastrol səfərində olacaq.
Teatrdan bildirilib ki, səfər Rusiya Mədəniyyət Nazirliyinin qastrol fəaliyyətinə dəstək Federal Mərkəzinin layihəsi çərçivəsində reallaşıb.
Teatrın repertuarında Mirzə Fətəli Axundzadənin “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” və müasir rusiyalı dramaturq Petr Qladilinin "Afina gecələri" pyesləri əsasında hazırlanmış tamaşalar yer alıb.
31 October 2017
Noyabrın 9-dək Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının truppası Rusiyanın bir sıra şəhərlərində qastrol səfərində olacaq.