Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Dövlət sərhədində Ermənistanın kəşfiyyat-diversiya qrupunun təxribatının qarşısı alınıb, qrupun bir üzvü əsir götürülüb 


Bu gün səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb.

 

Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır.

 

Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə