DTX-nin saxladığı başçının köməkçisi danışdı
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı icra başçısı İslam Rzayevdən əlavə bir neçə şəxsin də saxlanıldığı bildirilirdi.
Balakən Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Aydın Xoçbərov "Yeni Sabah"a açıqlamasında icra başçısının müavininin, köməkçilərinin və rayonun baş memarının saxlanması ilə bağlı xəbərlərin yalan olduğunu bildirib.
Onun sözlərinə görə, sözügedən əməkdaşlar hazırda iş başındadır, saxlanılan yalnız icra başçısıdır.