Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Dünənki emosional sözlərimdən imtina edirəm - Professor

Vladimir Jirinovskinin səsləndirdiyi məlum iftiralara Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun cavab verməli olduğu haqda mətbuata verdiyim açıqlamada emosional yanaşma və qeyri-dəqiqliklər var.

Bu sözləri mətbuata açıqlamasında politoloq, professor Qabil Hüseynli deyib.

O bildirib ki, bu gün şərhi ilə tanış olduqdan sonra təkzib vermək istəsə də, ona bu imkan tanınmayıb:

“Şərhin dərc olunan variantı ilə tanış olduqdan sonra həm konteksdən çıxarılan, həm də özümün ifadə etdiyim emosional fikirlərin “Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu”na görə doğru olmadığını gördüm. Buna görə orda əksini tapan bütün fikirlərimdən imtina edirəm”.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə