Dəhşət: Qayınata maşınla gəlininin üstündən keçdi
Tərtər rayonunda qayınata əsəbləşərək avtomobillə gəlininin üstündən keçib.
Xeberinmerkezi.az yerli KİV-lərə istinadən xəbər verir ki, hadisə rayonun Şıxarx qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı yaşayış massivində baş verib.
Hələlik şəxsiyyəti məlum olmayan kişi gəlinini minik avtomobili ilə vurub. Ağır bədən xəsarətləri alan gənc qadın xəstəxanaya yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəminində və qəsdən törədildiyi bildirilir.
Hadisə şahidlərinin verdiyi məlumata görə, qayınata əsəbləşərək avtomobillə gəlininin üstündən keçib.
Baş verən hadisə ilə bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıblar.
Tərtərdə gəlinini avtomobillə vuraraq öldürən şəxsin kimliyi məlum olub.
Məlumata görə, bu, Şuşa rayonundan məcburi köçkün Qara Şahvələdovdur.
Onun könüllü olaraq polisə təslim olduğu bildirilir.