Məlum
olduğu kimi, istifadə təlimatı istehlakçının dərman vasitəsindən düzgün istifadə
etməsi üçün zəruri məlumatları özündə əks etdirən mühüm vasitədir və istifadə təlimatında
dərman vasitəsinin farmakoloji xüsusiyyətləri, istifadəsinə dair göstəriş və əks
göstərişlər, digər dərman vasitələri ilə qarşılıqlı təsiri, hamiləlik və
laktasiya dövründə istifadəsi, dərman vasitəsinin istifadə qaydası, əlavə təsirləri,
doza həddinin aşılması zamanı yaranan simptomlar və onların müalicəsi, dərman
vasitəsinin saxlanması (temperatur rejimi və dərman vasitəsinin saxlanması üçün
tələb edilən digər şərtlər) qaydaları, yararlılıq müddəti, aptekdən buraxılma şərti
(resept əsasında və ya reseptsiz) kimi dərman vasitəsilə düzgün davranış
qaydalarını müəyyən edən məlumatlar öz əksini tapır.
Bildiririk
ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə,
eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2007-ci il
tarixli 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin dövlət
qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”na 10 nömrəli Əlavəyə
əsasən dərman vasitələrinin istifadəsinə aid təlimatın mətni Azərbaycan dilində
və istehlakçı üçün aydın şəkildə tərtib olunmalıdır. Həmçinin, “Dərman vasitələri
haqqında “ Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən dərman
vasitələrinin istifadəsi təlimatları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan
Respublikası Səhiyyə Nazirliyi) tərəfindən təsdiq edilir. Bu, dərman vasitəsinin
istifadə təlimatının istehlakçı üçün anlaşıqlı, düzgün və əhəmiyyətli məlumatları
əks etdirməsini təsdiq etmək üçün zəruridir.
Yuxarıda
qeyd olunanlarla əlaqədar olaraq, Azərbaycan Respublikasına idxal olunan dərman
vasitələrini Azərbaycan dilində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən
təsdiqlənmiş formada istifadə təlimatları ilə təmin etməyiniz məqsədəmüvafiqdir.
Məlum olduğu kimi, istifadə təlimatı istehlakçının dərman vasitəsindən düzgün istifadə etməsi üçün zəruri məlumatları özündə əks etdirən mühüm vasitədir