Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Dərslik və dərs vəsaitlərinin yazılması üçün qoyulan tələblər

Dərslik və dərs vəsaitlərinin yazılması üçün qoyulan tələblərdə yeni dəyişikliklərin olduğunu nəzərə alıb Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurası həmin tələbləri açıqlamışdır. Onlar aşagıdakı kimidir:

Dərslik hər hansı bir elm sahəsində sistemli bilik təqdim edən əsərdir və həmin sahənin müxtəlif bölmələrini əhatə edir. Dərslik hamı tərəfindən qəbul olunmuş və təsdiq edilmiş biliklərə,müddəalara əsaslanır. Dərslik aprobasiyadan keçmiş dərs vəsaiti əsasında hazırlanır.

Dərs vəsaiti isə dərsliyə əlavədir. Dərs vəsaiti fənni bütövlükdə deyil, onun ayrı-ayrı hissəsini və ya müəyyən qismini əhatə edir. Dərs vəsaiti dərslikdən fərqli olaraq bu və ya digər problem üzrə müxtəlif fikirləri cəmləşdirir. Adətən tədris planına yeni mövzu daxil edilərkən əvvəlcədən bu mövzuya həsr olunmuş dərs vəsaiti hazırlanmalıdır.

Elmi əsərlərə qrif verilməsi üçün qoyulan tələblər

Əgər dərslik tibbin əsas bölmələrinə (cərrahlıq, mamalıg-ginekologiya, stomatologiya və s.) həsr olunubsa bu zaman qrif tələb olunur. Əksinə dərslik əsas fənnin bölmələrinin hər hansı birinə həsr olunubsa (endoskopik cərrahiyyə, qadın cinsi orqanlarının iltihabi xəstəlikləri və s.) bu zaman qrif tələb olunmur. Dərs vəsaiti üçün də qrifin alınması tələb olunmur.

a) Qrif tələb olunmayan dərs vəsaitlərinin və dərsliklərin çap olunması üçün müəyyən edilən qaydalar:

Əvvəlcə dərs vəsaiti və ya dərslik iixtisasdan asılı olaraq fakültə Elmi Şuralarına təqdim olunur. Burada müzakirə olunduqdan sonra həmin elmi əsərin dərs vəsaiti və ya dərslik kimi çap olunmasının tövsiyə edilməsi barədə iclas protokoldan çıxarış verilir. Sonra dərs vəsaiti və ya dərslik, fakültə Elmi Şurasının iclas protokolundan çıxarış və elmi əsərə verilmiş rəy institut Elmi Şurasına təqdim olunur. Burada müzakirədən sonra elmi əsərin Səhiyyə Nazirliyinin Elmi-Metodiki Şurasına təqdim olumasına dair iclas protokoldan çıxarış verilir. Çap olunmuş dərs vəsaitinin və ya dərsliyin titul vərəqində iki çıxarış əks olunmalıdır: fakültə Elmi Şurasının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Metodiki Şurasının iclas protokoldan çıxarış.

b) Qrif tələb olunan dərsliklərin çap olunması üçün müəyyən edilən qaydalar:

Qrif alınması tələb olunan dərsliklər isə Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasında müzakirə olunduqdan sonra təqdimatla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Metodiki Şurasına və sonra da Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilir. Çap olunmuş dərsliyin titul vərəqində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Metodiki Şurasının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarları əks olunmalıdır.

Dərslik və dərs vəsaitlərinin yazılması üçün qoyulan tələblərdə yeni dəyişikliklərin olduğunu nəzərə alıb Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurası həmin tələbləri açıqlamışdır.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə