Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Elçin Quliyev təmas xəttinə yollandı

Dövlət Sər­həd Xidmətinin (DSX) rəisi, gene­ral-polkovnik Elçin Quliyev “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələ­rində xidməti-döyüş fəaliyyətinin təşkilini yox­layıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, Azərbaycan Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən verilən tapşırıqların icra vəziyyəti öyrənilib, təmas xəttindəki döyüş mövqelə­rində xidmət­də olan sərhədçilərlə görüş keçirilib, onların xidməti və yaşayış şəraitlərinə baxış keçi­rilib. 

“Qazax” əlahiddə sərhəd diviziyasının xidməti-döyüş fəaliyyətinin təşkili və düşmən təxribatlarının qarşısının alınması, zəruri sərhəd mü­ha­fizə və müdafiə infra­struk­tu­runun yaradılması üzrə görülən təd­birlər nə­zərdən keçirilib.

Eyni zamanda, hərbi hissə və bölmələrin döyüş hazırlığının yük­səldilməsi, dövlət sər­hədi­nin toxu­nul­­mazlığının və şəxsi heyətin təh­­lü­kə­siz­liyinin təmin edil­məsi istiqa­mətin­də zəruri göstərişlər veril­ib. 


Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə