Ermənilər Ukrayna səfirliyinə vəhşicəsinə hücum edib
Ermənilər Ukraynanın Yerevandakı səfirliyinə hücum edib.
Xeberinmerkezi.az xəbər verir ki, Yerevanda Ukrayna səfirliyinin binası önünə toplaşan qrup etiraz aksiyası təşkil edib.
Daşnak Partiyasının gəncləri tərəfindən düzənlənən aksiyada anti-Ukrayna şüarları səsləndirilib.
Bunun ardınca Ukraynanın məşhur borş supunun qabları Ukrayna səfirliyinin binasına atılıb. Videodan görünür ki, ermənilərin hücumu zamanı səfirliyin pəncərəsinin şüşələri sındırılıb.
Xatırladaq ki, iyulun 12-də Ermənistan ordusunun Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətinə qəfil hücumu olub.
Ukrayna Xarici İşlər Nazirliyi iyulun 13-də bəyanat verərək, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.