Ermənilərin F-16 yalanı ifşa olundu - Fotofakt
Ermənilərin F-16 qırıcı təyyarələrinin Gəncə Beynəlxalq Hava limanında olduğunu dair iddialarının yalan olduğunu“Fakt Çek Qarabağ” (Fact Check Karabakh) səhifəsi təsdiq edib.
Xeberinmerkezi.az xəbər verir ki, iddiaya görə, Türkiyə silahlı qüvvələri tərəfindən idarə olunan ən az iki F-16 qırıcı təyyarə Gəncə Beynəlxalq Hava limanındadır. Lakin, şəkillərdən də görünür ki, bu F-16 təyyarələri deyil, Azərbaycan tərəfinin daha öncə İtaliyadan aldığı M-346 döyüş təyyarələridir.