Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Ermənistanda ictimai-siyasi vəziyyət gərgindir  

Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda ictimai-siyasi vəziyyət də gərgindir. “Sarkisyanı rədd edək” cəbhəsinin fəallaşması hakim dairələrin narahatlığını artırıb. İşğalçı ölkə mətbuatı xəbər verir ki, İrəvanda polis gücləndirilmiş iş rejiminə keçib. 

Aprelin 9-da Ermənistanda Serj Sarkisyanın ikinci səlahiyyət müddəti rəsmən başa çatır. Bununla da parlamentin seçdiyi Armen Sərkisyanın prezidentliyi başlayır. İşğalçı ölkə mətbuatı yazır ki,  hakimiyyətin sükanı yenə də Serj Sarkisyanın əlində olacaq. Ermənistan cəmiyyəti isə buna qarşı çıxır. “Sarkisyanı rədd edək” cəbhəsinin yaydığı məlumata görə, bu dəfəki mübarizə fiaskoya uğrayarsa ölkəni daha xilas etmək mümkün olmayacaq. Vətəndaş qüvvələrindən ibarət hərəkat hər kəsi Sarkisyan hökumətinə qarşı birləşməyə və fəal olmağa çağırır. Bundan narahatlıq keçirən hakim dairələrdən güc strukturlarına İrəvana toplaşmaq tapşırığı verilib. Polis də gücləndirilmiş iş rejimində çalışır. Cəbhə üzvləri deyirlər ki, Ermənistanda hər an iğtişaş baş verə bilər. Onsuz da indiki hakimiyyət zorakılığa meyillidir. Hakimiyyəti 10 il əvvəl bu yolla ələ keçirən Sarkisyan hələ də cəzasızdır. Bu şəxs hökumət postunu tərk etmək əvəzinə yerini möhkəmləndirməyə çalışır. Halbuki onun hakimiyyətdə olduğu dövrdə ölkə borca batıb, yoxsulluq artıb, 400 minə yaxın adam Ermənistanı birdəfəlik tərk edib. Etirazçılar İrəvanın mərkəzi meydanında Sarkisyanın plakatını qoyaraq ianə toplayırlar. İctimai fəallar bildirirlər ki,  bu yolla Ermənistanı Sarkisyandan satın almağa çalışacaqlar.   

Bütün sahələrdə dərin böhranın hökm sürdüyü
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə