Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Ermənistanda məxfi iclas: 19 oktyabrda Nikol Paşinyana müharibə haqda nə deyilib?

Ermənistan Təhlükəsizlik Şurasının 19 oktyabrda parlamentin müxalif fraksiya nümayəndələrinin iştirakı ilə baş tutan iclasında Baş Qərargah rəisi Onik Qasparyan çox aydın şəkildə situasiyanı izah etdi və Ermənistanın sadəcə məğlubiyyətə doğru getdiyini deyib, hərbi fəaliyyətləri dayandırmağı təklif etdi.

Bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Mikayıl Ambartsumyan “5-ci kanal”a müsahibəsində deyib. Onun sözlərinə görə, hərbi fəaliyyətlərin dayanmasına o zamankı müdafiə naziri David Tonoyan da dəstək verib:

“Kifayət qədər ətraflı müzakirələr oldu, amma bundan sonra qərar qəbul edilmədi”.

Ambartsumyan Rusiyanın Qarabağda hərbi fəaliyyətləri dayandırmaq barədə təklifinin Təhlükəsizlik Şurasına təqdim edilmədiyini deyib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə