Ermənistanda nazir müavini işdən çıxarıldı
Ermənistanın Baş naziri Nikol Paşinyan təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Narine Xaçaturyanı vəzifəsindən azad edib.
Xeberinmerkezi.az xəbər verir ki, Paşinyan bu barədə müvafiq qərar imzalayıb.
Məlumata görə, Xaçaturyanın vəzifədən azad edilməsi ötən gün İrəvanda baş verən qalmaqalla əlaqəlidir. İrəvanda keçirilən sərgi zamanı jurnalist Xaçaturyandan müsahibə götürürdü, o anda bir qadın onlara yaxınlaşaraq jurnalisti Xaçatutyanla söhbət etməməyə çağırıb. Qadının sözlərinə görə, Xaçaturyan ölkəyə və onun sakinlərinə xəyanət edən rejimin bir hissəsidir. Xaçaturyan isə ona cavab olaraq bildirib ki, Ermənistan azad ölkədir və hər bir vətəndaş öz fikrini bildirmək əzmindədir.