Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Ermənistanla bağlı bu məhdudiyyət aradan qaldırıldı

Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə mətbuata bəyanatında deyib.

Dövlətimizin başçısı vurğulayıb:

“Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə
SON XƏBƏRLƏR