Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

"Eurovision-2018" mahnı müsabiqəsinin keçiriləcəyi şəhər müəyyən edilib

26-07-2017 | 10:31        

  

"Eurovision-2018" müsabiqəsinin yarımfinal və final mərhələlərinin keçiriləcəyi şəhər müəyyən edilib. Portuqaliyanın milli televiziyası və Avropa yayım birliyi Lissabonu 63-cü  dəfə keçiriləcək mahnı müsabiqəsinin ev sahibi seçib. Bundan başqa, müsabiqənin yarımfinal və final  mərhələlərinin tarixi də müəyyən edilib. Belə ki, yarımfinallar müvafiq olaraq 8 və 10 mayda, final isə mayın 12-də keçiriləcək.

Qeyd edək ki, bu il mayın 13-də Kiyevin Beynəlxalq Sərgi Mərkəzində keçirilən “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub. O,  “Amar Pelos Dois” mahnısını ifa edərək birincilik əldə edib.

"Eurovision-2018" müsabiqəsinin yarımfinal və final mərhələlərinin keçiriləcəyi şəhər müəyyən edilib. Portuqaliyanın milli televiziyası və Avropa yayım birliyi Lissabonu 63-cü dəfə keçiriləcək mahnı müsabiqəsinin ev sahibi seçib.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə