FHN Samuxdakı qəza ilə bağlı məlumat yaydı-FOTO
Fövqəladə Hallar Nazirliyi Samux rayonunun Çobanabdallı kəndində “Mercedes” markalı minik avtomobili və “NEW Holland TC-5050” markalı kombaynın toqquşması barədə məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Samux rayonunun Çobanabdallı kəndində “Mercedes” markalı minik avtomobili və “NEW Holland TC-5050” markalı kombayn toqquşub.
Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Çağırqanov Elnur Vahid oğlunun və 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
11:32
Samuxda yol qəzasında ölən şəxslərin adları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə Behbudov Allahverdinin idarə etdiyi kombaynla Gəncə Şəhər Nizami Rayonunun polis əməkdaşı, leytenant Çağırqanov Elnurun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.
Qəza zamanı “Mercedes”in sürücüsü və onun sərnişini Gəncə Şəhər “ASAN Xidmət”in əməkdaşı Süleymanzadə Ləman Nazım qızı hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Samux rayon prokurorluğunda cinayət işi açılıb.
10:55
Samuxda iki nəfərin ölümü ilə nəticələnən ağır qəza baş verib.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, “Mercedec” minik avtomobili ilə kombayn toqquşub.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.