Fidandan Ukrayna ilə bağlı xoş xəbər
Türkiyə rəhbərliyi Ukrayna münaqişəsinin tezliklə bitəcəyinə dair işarələr görür.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“Açığı, Ukraynadakı müharibəyə gəlincə, biz onun bitməsinin əlamətlərini görürük. Atəşkəs hansı şəraitdə, necə əldə olunacaq - bütün bunlar müzakirə olunur”, - o bildirib.