Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Fransada 600 hərbçi koronavirusa yoluxdu

Fransada 600 hərbi qulluqçu koronavirusa yoluxub.

Yerli KİV-lər bildirir ki, bu barədə ölkənin Müdafiə naziri Florens Parli məlumat verib.

Parli əlavə edib ki, Fransa Silahlı Qüvvələrinin müdafiə infrastrukturunun inşası xidmətində çalışan mülki işçilərindən biri koronavirusdan ölüb. Bundan başqa, "Barxan" əməliyyatında iştirak edən dörd hərbçi virusa yoluxub.

Fransa Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon ölkədə koronavirusdan ölənlərin sayının 6,5 min nəfəri keçdiyini, yoluxanların ümumi sayının isə 64 min 338-ə çatdığını bildirib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə