Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Gömrük nəzarətindən gizlədilən 40 kiloqram barıt aşkar edilib

Bakı, 9 fevral, AZƏRTAC-a istinadla

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” Gömrük Postunda Gürcüstandan Azərbaycan Respublikasına minik maşını ilə gələn Azərbaycan Respublikası vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb və ona idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, həmin şəxs idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunası hər hansı predmet olmadığını bildirib. Avtomobilə keçirilən gömrük baxışı zamanı isə nəqliyyat vasitəsinin yanacaq çəninin içərisindən, xüsusi düzəldilmiş gizli-saxlanc yerindən gömrük nəzarətindən gizlədilən 40 kiloqram barıt aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Gömrük nəzarətindən gizlədilən 40 kiloqram barıt aşkar edilib Bakı, 9 fevral, AZƏRTAC-a istinadla Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” Gömrük Postunda Gürcüstandan Azərbaycan Respublikasına minik maşını ilə gələn Azərbaycan Respublikası vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə