Güneydə 400 illik tarixi abidə dağılır
Marağa şəhərinin Xangah kəndində yerləşən tarixi Hacı Məhəmməd Bağır körpüsü uçmaq təhlükəsi ilə üz-üzə qalıb.
Xeberinmerkezi.az xəbər verir ki, körpünün bərpası və qorunması ilə bağlı heç bir iş aparılmır.
1616-cı ildə Səfəvi imperiyası dövründə Çəkançay üzərində inşa edilən üçtağlı körpü 24 metr uzunluğunda, 4 metr enindədir.
Marağa ilə Azərbaycan və başqa əyalətləri birləşdirən körpünün tikintisində yerli mədən daşları və bişmiş qırmızı kərpicdən istifadə olunub.
Tarixi abidənin 2022-ci ilin sentyabr ayında İran Milli Əsərləri siyahısında qeydə alınmasına baxmayaraq, bərpası üçün vəsait ayrılmayıb.