Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Güneydə təqaüdçülər etirazlara başladı



Bu gün Urmiya, Ərdəbil və Təbriz şəhərlərində Rabitə Nazirliyinin təqaüdə çıxmış işçiləri nazirliyin yerli bölmələrinin binaları qarşısında etiraz aksiyası keçiriblər.

Xeberinmerkezi.az xəbər verir ki, bu barədə nümayişçilər sosial media kanallarında paylaşım ediblər.

Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Onlar inflyasiya ilə gəlirlərin uyğun olmadığını, çoxsaylı məişət problemləri ilə üzləşdiklərini və hakimiyyətin laqeyd münasibətini tənqid ediblər.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə