Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

"Gürcü Arzusu" baş nazirliyə namizədini açıqladı

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası parlament seçkiləri öncəsi baş nazir və parlament sədri vəzifələrinə namizədlərini açıqlayıb.

Yerli KİV-lər xəbər verir ki, hökumət başçısı postuna hazırkı baş nazir Giorgi Qaxaria, spiker vəzifəsinə isə hazırkı spiker Arçil Talakvadzenin namizədliyi irəli sürülüb.

“Gürcü Arzusu”nun seçki siyahısının ilk 20-liyində partiyanın aparıcı şəxsləri də yer alıb.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə