Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Gürcü deputat: Azərbaycanlıların tarixi soyadları...

Soyadla bağlı sizinlə razıyam, pasportlaşdırma həmçinin Sovet təsirindən qurtulmaq və tarixi soyadına qayıtmaq vacibdir.

Yerli KİV-lər 24Nyus.ge-yə istinadla xəbər verir ki, bu sözləri "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının deputatı xanım Mariam Laşxi, Salam Platformasının "Soyadımı Qaytar” kampaniyasını şərh edərkən deyib.

Onun sözlərinə görə, bununla bağlı parlamentə müraciət olunmalıdır:

"Sovet təsirindən qurtulmaq, həmçinin tarixi soyadına qayıtmaq vacibdir! Bu mövzuda Azərbaycanda baş verənləri parlamentə təqdim etsəniz, yaxşı olar, bu problemi olan insanlardan imza toplamaq da vacib olacaq, bir növ, petisiya həyata keçiriləcək”, - deyə Laşxi bildirib.

Xatırladaq ki, Salam Platforması bir ildən artıqdır ki, "Soyadımı Qaytar” kampaniyasına başlayıb. Kampaniya, etnik azərbaycanlıların avtentik soyadlarını bərpa etmək məqsədi daşıyır.

Salam Platforması etnik azərbaycanlıların soyadlarının (ov, ev, ova, eva) sonluğu Sovet imperializminin izlərini daşıdığını, Sovet dövründə, xüsusən 1930-cu illərdəki repressiv siyasət nəticəsində və əhalinin ümumi siyahıyaalınması, pasportlaşdırılması zamanı etnik azərbaycanlıların soyadlarına rus sonluqları əlavə olunduğunu bildirir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə