Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Gürcüstanda koronavirusa yoluxanların sayı 794-ə çatıb

Gürcüstanda son sutka ərzində koronavirusa 11 yeni yoluxma halı təsdiqlənib.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 794-ə çatıb. Onların 624-ü müalicə olunaraq sağalıb, 12-si isə vəfat edib.

Hazırda ölkə üzrə karantində 2 494, stasionar nəzarətdə isə 301 nəfər saxlanılır. Gürcüstanda xaricdən gətirilən 3 ölkə vətəndaşı da koronavirusdan müalicə olunur.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə