Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Gürcüstanı “nəzarətdə saxlayan” erməni oğru həbs edildi

Tiflisin İsani rayonunda əslən erməni olan qanuni oğru Aramais Qriqoryan həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Rustavi 2” televiziyası yayıb. Qriqoryanın kriminal avtoritet və fırıldaqçılıqla məşğul olduğuna görə həbs edildiyi açıqlanıb.

Qanuni oğru ilə bərabər, qardaşı Qriqor Qriqoryan da yaxalanıb.

Qeyd edək ki, Qriqoryan uzun illər həbsdə olub. O, azadlığa iki il əvvəl çıxıb.

“Rustavi 2” televiziyası həmçinin Qriqoryanın 2014-cü ildəki səs yazısını yayıb. Səs yazısında Qriqoryan Gürcüstan həbsxanaları barədə danışıb və burada hər şeyi nəzarətdə saxladığını deyib.

Tiflisin İsani rayonunda əslən erməni olan qanuni oğru
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə