İqtisadiyyat
Hesablama Palatasının əməkdaşı Astanada iclasda iştirak edib
20-06-2017 | 08:36

Hesablama Palatasının icmal-analitik şöbənin icmal büdcənin təhlili sektorunun müdiri Zaur Vəliyev MDB iştirakçısı olan ölkələrin ali maliyyə nəzarəti orqanları şurasının Əsas Milli Göstəricilər üzrə ekspert qrupunun Qazaxıstanın paytaxtı Astanada keçirilən X iclasında iştirak edib.
Hesablama Palatasının mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan, Rusiya, Qırğızıstan, Belarus və Qazaxıstan Ali Audit Qurumlarının əməkdaşlarının təmsil olunduğu iclasda Əsas Milli Göstəricilər üzrə Ekspert qrupunun 2016-2017-ci illərdə fəaliyyəti haqqında hesabatı, INTOSAI-ın (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) işçi qrupunun 2016-2017-cı illərdə fəaliyyəti haqqında hesabat, "Əsas Milli Göstəricilər" üzrə məlumat bazasının formalaşdırılması və inkişaf etdirilməsi, "MDB-yə üzv dövlətlərin davamlı inkişafla bağlı təcrübəsi" mövzusunda təqdim edilən sorğunun nəticələri dinlənilib.
Çıxışda qeyd edilən əsas məsələlər "Əsas Milli Göstəricilər" üzrə INTOSAI-ın işçi qrupu tərəfindən iki "Əsas Milli Göstəricilər" və "Dayanıqlı İnkişaf Məqsədləri" istiqamətdə audit standartlarının, həmçinin MDB işçi qrupunun rəhbəri olaraq Rusiya Hesablama Palatasının "Makroproqnoz göstəricilərinin auditi" qaydalarının hazırlanması ilə bağlı idi.
Müzakirələrin nəticəsi olaraq mövcud formatda əməkdaşlığın davam etdirilməsi, növbəti mərhələdə informasiya bazası yenilənməsi və “Əsas Milli Göstəricilər” üzrə metodologiyanın işlənməsi qərara alınıb.