Hindistan Rusiyanın təşkil etdiyi iclası yarımçıq tərk etdi
Hindistanın milli təhlükəsizlik məsləhətçisi Acit Doval və Hindistan nümayəndə heyəti Rusiya tərəfinin ev sahibliyi etdiyi Şanxay Əməkdaşlıq Təşkilatının onlayn iclasını tərk edib. Buna səbəb Pakistan nümayəndəsinin çıxışı zamanı fonda Hindistanın özününkü hesab etdiyi əraziləri əhatə Pakistan xəritəsinin istifadə edilməsi olub.
Xeberinmerkezi.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, avqustda Pakistanın Baş naziri İmran Xan Hindistanın nəzarət etdiyi Kəşmirin bir hissəsini və digər mübahisəli əraziləri əhatə edən siyasi xəritənin təsdiqləndiyini elan edib.