Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

HƏMAS lideri Qəzza tunelində belə gizlənir 



İsrail Müdafiə Qüvvələri HƏMAS hərəkatının lideri Yəhya Sinvarın 7 oktyabr 2023-cü ildə İsrailə hücumdan sonra Qəzza zolağının cənubunda Xan-Yunisdəki tuneldə gizləndiyi əks olunan videogörüntüləri nümayiş etdirib.

Xeberinmerkezi.az xəbər verir ki, video İsrail Müdafiə Qüvvələrinin X hesabında yayımlanıb.

“Sinvar qaçır və yeraltı terror tunelləri şəbəkəsində gizlənir. Qəzzanın dinc sakinləri isə bu zaman yer üzərində HƏMAS hakimiyyətindən əziyyət çəkirlər. Kifayət qədər dərinlikdə tunel yoxdur ki, o gizlənə bilsin”, - deyə paylaşımda qeyd edilib.

İsrail Müdafiə Qüvvələrinin nümayəndələri jurnalistlər üçün təşkil etdikləri brifinqdə bildiriblər ki, Sinvar, onun həyat yoldaşı və uşaqları, həmçinin HƏMAS liderinin qardaşı olduğu güman edilən şəxsin əks olunduğu video oktyabrın 10-da lentə alınıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə