İcevan sakinləri yenidən İrəvan-Tiflis yolunu bağlayıblar
12-05-2017 | 10:26

Ermənistanın İcevan rayonunun sakinləri yenidən İrəvan-Tiflis yolunu bağlayıblar. Etirazçılar problemləri həllini tapana qədər ölkə əhəmiyyətli magistralı bağlı saxlayacaqlarını bəyan ediblər.
Vətəndaşlar yaşadığı ərazidəki bitib-tükənməyən problemlərə etiraz edir. Yüzlərlə sakinin toplaşdığı aksiya İrəvandan 142 km aralıqda yerləşən İcevan rayonunda olub. Etirazçılar, Ermənistan üçün vacib əhəmiyyət daşıyan İrəvan-Tiflis yolunu bağlayıblar. Polisin və İcevan qubernatorunun xəbərdarlıqlarına baxmayaraq aksiya iştirakçıları iki gündür ki, yolu açmırlar. Onları buna hökümətin bu ərazidəki problemlərə laqeyd yanaşması sövq edib. Aksiya iştirakçılar arasında Daşnaksütyun Partiyasının üzvləri də dəstək olub. Etirazçılar bidlririlər ki, yaşadıqları ərazi normal infrastruktura sahib deyil. İllərdir asfalt üzü görməyən yollar artıq sıradan çıxıb.
Rayonda iş yerləri də yoxdur. Əhalinin bir qismi ölkə xaricinə miqrasiya edib. Qalanlar isə taleyin ümidinə buraxılıb. İcevanda kənd təsərüfatı məhsullarının küçədə satışına qadağa qoyulması isə sakinlərin səbrini tükədib. Onlar bildirirlər ki, hökümət ölkə əhalisini dilənçi kökünə salmaq, Ermənistandan qaçırmaq üçün əlindən gələni əsirgəmir. Onlara dəstək olan yerli qurumlar da vətəndaşların həyatını çətinləşdirməkdən başqa bir işə yaramırlar. Kəndlilər öz güclərinə torpağı dirçəltməyi, problemləri həll etməyi bacarmırlar. Bunda dövlətin dəstəyini gözləsələr də əvəzində maneələrlə rastlaşırlar.
Ermənistanın İcevan rayonunun sakinləri yenidən İrəvan-Tiflis yolunu bağlayıblar. Etirazçılar problemləri həllini tapana qədər ölkə əhəmiyyətli magistralı bağlı saxlayacaqlarını bəyan ediblər.