İlham Əliyev Fərhad Əhmədovu təltif etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev Fərhad Teymur oğlu Əhmədovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı yerli KİV-lər məlumat yayıb.
Sərəncama əsasən, F.Əhmədov Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xidmətlərinə görə təltif edilib.
Qeyd edək ki, F.Əhmədov 1955-ci ildə Göyçayda anadan olub. Azərbaycan əsilli rusiyalı milyarderin dünən 65 yaşı tamam olub.