Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

İlham Əliyev Xocalı abidəsini ziyarət etdi 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə faciə qurbanlarının xatirəsinə ucaldılmış Ana harayı abidəsini ziyarət edib.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Birinci vitse-prezident Mehriban Əliyeva, Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev abidənin önünə gül dəstələri qoydular.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.

Anım mərasiminin iştirakçıları abidənin önünə tər güllər düzüblər.


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
    Xəbərə yorum yaz
    Captcha image
    Show another codeKodu yenilə