BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva da Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.
Təbrik mətnində deyilir:
“Zati-aliləri,
Doğum gününüz münasibətilə BMT-nin Azərbaycandakı nümayəndəliyi adından təbriklərimizi qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan Respublikasının tərəqqisi naminə bütün səylərinizdə uğurlar arzu edirəm.
Bu il biz BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünü qeyd edirik. Azərbaycandakı BMT ailəsi hökumət, vətəndaş cəmiyyəti təsisatları, elmi dairələr və media ilə birlikdə bir çox tədbirlər təşkil etmişdir. Bütün bunlar əldə edilmiş inkişafa nəzər salmağa, əməkdaşlığın perspektivlərini müzakirə etməyə gözəl fürsət yaratmışdır.
BMT Azərbaycan Hökumətini 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinə uyğun olaraq Davamlı İnkişaf Məqsədlərinə nail olmaq yolunda dəstəkləməkdə davam edəcəkdir.
Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə də təbrik etmək istəyirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin”.
Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri İrina Vlax Prezident İlham Əliyevə doğum günü münasibəti ilə təbrik ünvanlayıb.
Təbrik mətnində deyilir:
“Möhtərəm cənab Prezident.
İcazə verin, Qaqauz xalqı adından və şəxsən öz adımdan Sizə ehtiramımı bildirim və doğum gününüz münasibətilə təbriklərimi çatdırım.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı bildirir, möhkəm cansağlığı, tükənməz enerji, əmin-amanlıq və Azərbaycan Respublikasının daha da firavanlaşması naminə bütün planlarınızın uğurla həyata keçməsini diləyirəm.
Siz zəngin siyasi təcrübəniz, enerjiniz, peşəkarlığınız, habelə ən mürəkkəb məsələlərin düzgün həllini tapmaq bacarığınızla çoxları üçün nümunəsiniz.
Mən, həmçinin Qaqauziya sakinlərinə göstərdiyiniz diqqətə, Qaqauz Yeri ilə əməkdaşlığın inkişafına dəyərli töhfənizə görə Sizə təşəkkürümü bildirirəm. Sizi əmin etmək istərdim ki, Qaqauz Yerinin rəhbərliyi Azərbaycan Respublikası ilə əməkdaşlığın inkişaf etdirilməsini zəruri sayır və biz qardaş xalqlarımızın rifahı naminə dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi üçün maksimum səy göstərəcəyik.
Möhtərəm cənab Prezident, fürsətdən istifadə edib Sizə bir daha yüksək ehtiramımı bildirir, Azərbaycan Respublikasının daha da inkişafı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.
Ən xoş arzularla və səmərəli əməkdaşlığımızın davam edəcəyi ümidi ilə”.
“Azİz” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyasının prezidenti Lev Spivak Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Təbrikdə deyilir:
“Əziz İlham Heydər oğlu.
İcazə verin doğum gününüz münasibətilə Sizi əslən Azərbaycandan olan, İsraildə yaşayan çoxminli icma adından təbrik edim.
Siz Prezident vəzifəsində olduğunuz müddətdə Azərbaycan dəyişərək ən sürətlə inkişaf edən qabaqcıl ölkələrdən birinə çevrilib. Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində Azərbaycan regionda və onun hüdudlarından kənarda ən nüfuzlu və iqtisadi cəhətdən cəlbedici ölkələrdən biri olub. Azərbaycanın müsbət imicinin təbliği işinə Sizin töhfəniz əvəzsizdir.
Əziz İlham Heydər oğlu, biz, əslən Azərbaycandan olan, hazırda müxtəlif qitələrdə yaşayan insanlar həmişə öz Vətənimizlə fəxr etmişik. Sizin rəhbərliyinizlə Azərbaycan öz ərazilərinin erməni işğalçılarından azad edilməsi uğrunda 44 günlük müharibədə qalib gəldi və biz aydın başa düşürük ki, bu, Sizin xidmətinizdir. Məhz Sizin rəhbərliyinizlə azərbaycanlılar qürur doğuran qalib xalq adını qazandılar, Azərbaycan müzəffər ölkəyə çevrildi.
Azərbaycan xalqına məhz Sizin kimi müdrik, uzaqgörən, mütərəqqi bir lider layiqdir.
Doğum gününüz münasibətilə Sizi bir daha təbrik edirik. Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq”.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Təbrikin mətnində deyilir:
“Möhtərəm cənab Prezident,
Sizi doğum gününüz münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından və öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycanın hərtərəfli və dinamik inkişafı, beynəlxalq arenada sarsılmaz mövqe və böyük nüfuz qazanması, yeni-yeni uğurlara imza atması Sizin ölkənin gələcəyi naminə göstərdiyiniz əvəzolunmaz xidmətlərin nəticəsidir. Sizin yüksək şəxsi keyfiyyətləriniz, Vətənə, xalqa olan məhəbbətiniz və bağlılığınız, hər zaman dövlətin milli maraqlarından çıxış edən uğurlu diplomatik addımlarınız şərəfli missiyanızın parlaq göstəriciləridir.
Sizin bu ili ölkədə “Şuşa İli” elan etməyiniz Azərbaycanın və bütövlükdə türk dünyasının çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin ayrılmaz və önəmli parçası olan Şuşanın dirçəldilməsi, şəhərin əvvəlki şöhrətinin bərpası yönündə mühüm hadisə oldu.
Zati-alinizin təşəbbüsü ilə yaradılmış Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qarabağin incisi olan Şuşanın 2023-cü ili eyni zamanda “Türk dünyasının mədəniyyət paytaxtı” kimi qarşılayacağını səbirsizliklə gözləyir və biz şəhərin bu fəxri statusu yüksək səviyyədə daşımasına öz töhfəmizi verməyə hazırlaşırıq. Qürur hissi keçiririk ki, bu il ilk dəfə Fond tərəfindən Azərbaycandan kənarda - doğma Türkiyəmizdə “Şuşa günləri” təşkil olunmuşdur. Biz bütün fəaliyyətimizdə Sizin daimi dəstəyinizi hiss edirik.
Sizə möhkəm cansağlığı, ailə səadəti, tükənməz enerji və yeni-yeni böyük uğurlar arzulayıram.
Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm”.
Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.
Təbrik mətnində deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan təbrik edirəm.
Sizə Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, dostlarınızın səmimiyyətini və diqqətini, Sizə əziz və yaxın insanların sevgisini arzu edirəm.
Fürsətdən istifadə edib Rusiya və Azərbaycan xüsusi xidmətlərinin qarşılıqlı fəaliyyətinin inkişafına göstərdiyiniz daimi diqqət və dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.
Bu qarşılıqlı fəaliyyət bundan sonra da təhlükəsizliyin təmin edilməsinin, ölkələrimizin milli maraqlarının müdafiəsinin, regionda sülhün və sabitliyin qorunub-saxlanmasının qarantı olacaq”.
12:59
Rusiyanın Həştərxan şəhərindəki Heydər Əliyev adına 11 nömrəli orta məktəbin direktoru Tatyana Tixomirova da Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.
Təbrik mətnində deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi Həştərxan şəhərindəki “Heydər Əlirza oğlu Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbi” bələdiyyə büdcə ümumtəhsil müəssisəsinin müəllimləri və şagirdləri adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Böyüməkdə olan nəslə səmimi qayğınıza görə Sizə təşəkkür edirik. Həştərxan vilayətinin ərazisində həyata keçirilmiş çoxsaylı humanitar layihələr arasında Həştərxan şəhərindəki 11 nömrəli orta məktəbin yenidən qurulması xüsusi yer tutur. Bizim ümumtəhsil müəssisəsi ilə bağlı yüzlərlə uşaq və yaşlı insan görkəmli siyasi xadim Heydər Əliyevin adını daşıyan məktəbə göstərdiyiniz diqqət və qayğını yüksək qiymətləndirir.
Məktəbin kollektivi adından səmimi təbriklərimizi qəbul edin. Sizə bütün təşəbbüslərinizdə uğurlar, tükənməz yaradıcılıq enerjisi, möhkəm cansağlığı və ailə xoşbəxtliyi arzu edirəm.
Sizə xalqınızın rifahı naminə fəaliyyətinizin daha da uğurlu olmasını, qarşıya qoyulmuş məqsədlərin gerçəkləşməsini diləyirəm”.
Azərbaycan Respublikasının Prezidentini həm də “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller də təbrik edib.
Təbrikdə deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Sizə möhkəm cansağlığı, firavanlıq, səmərəli və uğurlu fəaliyyət, Azərbaycanın və xalqınızın rifahı naminə yeni və daha böyük zəfərlər diləyirəm”.
11:16
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ünvanına doğum günü ilə bağlı təbriklər gəlməkdə davam edir.
Prezident.az xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min də ölkə başçısını təbrik edib.
Təbrik mətnində deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Peşəkar keyfiyyətləriniz, vətənpərvərliyiniz, fəal vətəndaş mövqeyiniz, geniş dünyagörüşünüz, dialoqa hazır olmağınız Sizə həmvətənləriniz və xaricdəki həmkarlarınız arasında haqlı olaraq dərin hörmət qazandırıb.
Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikası sanballı uğurlar qazanıb. Azərbaycan bu gün milli iqtisadiyyatın daha da inkişaf etdirilməsi, ölkə vətəndaşlarının rifahının yüksəldilməsi, respublikanın beynəlxalq imicinin möhkəmləndirilməsi üçün əlverişli şərait yaratmaqla öz maraqlarını inamla irəlilətməkdə davam edir.
Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinə daimi diqqətinizə və dəstəyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilən tədbirlərdə fəal təmsil olunmasını yüksək qiymətləndiririk.
Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ailənizə səadət, ruh yüksəkliyi, tükənməz enerji, ölkənizin rifahı naminə yeni-yeni uğurlar, Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzu edirəm”.
Dövlətlərarası Aviasiya Şurasının prezidenti, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina da İlham Əliyevi təbrik edib.
Təbrik mətnində deyilir:
“Möhtərəm İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı, tükənməz enerji, uğurlar, xoşbəxtlik, Azərbaycan Respublikasının rifahı naminə bütün quruculuq təşəbbüslərinizdə yeni-yeni nailiyyətlər diləyirəm.
Sizin yüksək peşəkarlığınız, məqsədyönlü fəaliyyətiniz və çox böyük əməksevərliyiniz, gözəl işgüzar və insani keyfiyyətləriniz həmişə uğurlu nəticələr əldə edilməsinə yönəlib.
Sizin gözəl ölkənizə səmimi-qəlbdən əmin-amanlıq və firavanlıq, Zati-alinizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, xoş güzəran və səadət arzulayıram.
Dərin hörmət və ehtiramla Sizə və xanımınız Mehriban Arif qızına xoşbəxtlik arzularımı və ən xoş diləklərimi yetirirəm”.
Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç də ölkə başçısını təbrik edənlər sırasındadır.
Təbrik mətnində deyilir:
“Zati-aliləri.
Fürsətdən istifadə edərək, doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Həm Prezident olduğum illərdə, həm də sabiq Prezident kimi fəxri status daşıdığım dövrdə Sizin rəhbərliyinizlə Azərbaycanın qazandığı böyük uğurların şahidi olmağımdan məmnunluq duyuram. Bu müddət ərzində bir sıra sahələrdə intensiv əməkdaşlığımız sayəsində dəyərli dostluğumuzu dərinləşdirməyə nail olduq və dövlətlərimiz arasında bugünkü münasibətlərin təməlini qoyduq.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi dünyanın müxtəlif guşələrinin elmi, mədəni və akademik dairələrinin təmsilçiləri, beynəlxalq təşkilatların rəhbərləri, yüksək səviyyəli dövlət rəsmiləri ilə birlikdə dünya miqyaslı və dəyərli təşkilatın çoxsahəli fəaliyyətində iştirakımdan da xüsusi məmnuniyyət duyuram. Məhz görkəmli şair Nizami Gəncəvinin əsərlərinin və ruhunun, eyni zamanda, Azərbaycan xalqının mədəniyyəti və adət-ənənələrinin təməlini təşkil edən multikulturalizm, sülh, əmin-amanlıq, sevgi, qarşılıqlı hörmət, bərabərlik kimi dəyərlər bütün qitələrdən müxtəlif mədəniyyətləri, fərqli mentalitet və maraqları bir araya gətirə bilib.
Bu əlamətdar gün eyni zamanda Nizami Gəncəvinin qeyd olunan dəyərlərindən qaynaqlanaraq Sizin tarixi uğurlarınızı vurğulamaq üçün gözəl fürsətdir. Siz Azərbaycanın beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirməyə nail oldunuz, xalqınıza sevinc və məmnunluq hisslərini bəxş etdiniz.
Möhtərəm Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.