Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

İlham Əliyevə təbrik məktublarının ardı-arası kəsilmir

"Möhtərəm cənab Prezident,


Sizi 2024-cü il fevralın 7-də ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəniz münasibətilə ürəkdən təbrik edirik.

Siz müstəqil Azərbaycanın tarixində adınızı ölkəmizin bütün ərazilərində keçirilən prezident seçkilərində ilk Prezident kimi tarixə qalib xalqın qalib lideri kimi qızıl həriflərlə yazdırdınız. Torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası, Ali Baş Komandan kimi sizin uzaqgörən, müdrik siyasətiniz və iradəniz sayəsində mümkün olmuşdur. Cənab prezident, bir məqama diqqət çəkmək istərdim; belə ki, tarixə nəzər yetirsək, qələbələr məhz XALQ, ORDU və SƏRKƏRDƏ yumruq kimi bir olanda qazanılmışdır. Hansı ki biz buna müasir Azərbaycanın tarixində 21-ci əsrdə canlı şahid olduq. Əminliklə deyə bilərik ki, DƏMİR YUMRUQ bundan sonra da xalqımızın müstəqillik və gələcək inkişafında öz qətiyyətini qöstərəcəkdir. Bunu ona görə qətiyyətlə və əminliklə deyirik ki, xalqımız 7 fevral 2024 Növbədənkənar Prezident seçkilərində 44 gün Vətən müharibəsində olduğu kimi dəmir yumrur olaraq birləşdi və bütün dünyaya qalib sərkərdəsinin yanında olduğunu nümayiş etdirdi. Hörmətli cənab prezident, sizi bir daha 7 fevral 2024-cü il prezident seçkilərində inamlı parlaq qələbəniz münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Sizə can sağlığı, gələcək işlərinizdə uğurlar diləyirik.

Allah Sizi qorusun!”

Əməkdar mədəniyyət işçisi, rəssam Elçin Orucov

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə