Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

İlon Mask son 6 ayda nə qədər qazanıb?


İlon Mask son altı ayda ən çox pul qazanan insanların reytinqində birinci yeri tutub.

Xeberinmerkezi.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

“Tesla”nın yaradıcısı, “SpeysX” və Tvitterin sahibi İlon Mask bu müddət ərzində 96,6 milyard dollar qazanıb.

İkinci yeri 58,9 milyard dollar gəlirlə “Meta”nın təsisçisi Mark Zukerberq tutub. Növbəti yerlərdə isə “Amazon” şirkətinin təsisçisi Ceff Bezos, “Oracle” korporasiyasının yaradıcılarından biri Larri Ellison və LVMH şirkətlər qrupunun prezidenti Bernard Arnault qərarlaşıb.

Agentliyin məlumatına görə, dünyanın ən zəngin 500 adamı 2023-cü ilin birinci yarısında ümumilikdə 852 milyard dollar qazana bilib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə