Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

İmişlidə 14 yaşlı yeniyetmə dəm qazından zəhərləndi

İmişlidə yeniyetmə dəm qazından boğulub.

Xeberinmerkezi.az xəbər verir ki, hadisə İmişli rayonu Otuziki kəndində qeydə alınıb.

2007-ci il təvəllüdlü Rüstəmova Gülnurə Bayram Qızı hamam otağında dəm qazının təsirinə məruz qalıb.

Yeniyetmə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə