Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

İnklüziv təhsilə cəlb olunan uşaqların sayı açıqlanıb

    Hazırda ümumi təhsil müəssisələrində 414 uşaq inklüziv təhsilə cəlb olunub.

    Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

    Bildirilib ki, inklüziv təhsilin təşkil edildiyi ümumi təhsil müəssisələri uşaqların ehtiyaclarına uyğun didaktik materiallarla təmin olunub, fərdi və qrup məşğələlərinin keçirilməsi üçün köməkçi otaqlar təşkil edilib. Köməkçi otaqlar inklüziv tədris prosesi üçün müvafiq avadanlıqlarla təmin olunub.

    Əlavə olaraq, ümumi təhsil müəssisələrində sağlamlıq imkanları məhdud şagirdlər üçün loqopedik xidmət otaqları təşkil olunub. Hazırda həmin müəssisələrdə ixtisaslı loqopedlər fəaliyyət göstərir. Sağlamlıq imkanları məhdud şagirdlərin loqopedik məşğələlərə cəlb olunması təmin edilib. Loqopedik məşğələlərin saatları Elm və Təhsil Nazirliyinin hər tədris ili üzrə təsdiq etdiyi tədris planlarına əsasən müəyyənləşdirilir.

    Xəbərə yorum yaz
    Captcha image
    Show another codeKodu yenilə
    SON XƏBƏRLƏR