İran-Rusiya-Azərbaycan elektrik körpüsü yekunlaşır - Nazir
İran-Rusiya-Azərbaycan elektrik enerjisi sisteminin əlaqələndirilməsi ilə bağlı aparılan işlər bir neçə aya yekunlaşacaq.
Xeberinmerkezi.az xəbər verir ki, bunu İran Energetika naziri Rza Ərdəkanian ölkə mətbuatına açıqlamasında deyib.
“İran-Rusiya-Azərbaycan elektrik körpüsü üzrə layihədən İran şirkəti məsuliyyətlidir. Şirkət artıq fəaliyyətə başlayıb. Üç ölkə arasında elektrik enerjisi sisteminin əlaqələndirilməsi çox vacib məsələdir”, - nazir bildirib.