Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

İranda bir gündə 11 məhkum edam edildi



İranın Bircənd, Kaşan, Qorqan və Həmədan şəhərlərinin həbsxanalarında 11 məhkum edam edilib.

Xeberinmerkezi.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Bildirilib ki, məhkumların hamısı narkotik maddələrin alverində günahlandırılıb.

Qeyd edək ki, cari ildə İran həbsxanalarında 20-si qadın olmaqla, 800-dən çox məhkum edam edilib.

Onlardan 746-nın kimliyini dəqiqləşdirmək mümkün olub.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə