Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

İranda daha bir deputat koronavirusa yoluxdu

İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Müctəba Zülnur koronavirusa yoluxub. İran KİV-lərinin xəbərlərinə görə, bu barədə deputat özü məlumat verib. M.Zülnur analizin nəticələrinin müsbət çıxdığını və hazırda karantinə alındığını bildirib.

Bundan əvvəl İran səhiyyə nazirinin müavini İrəc Hərirçi  və Tehranı təmsil edən deputatı Mahmud Sadeqiyə də koronavirus diaqnozu qoyulub. Sadeqi özü vəziyyətinin ağır olduğunu və yaşamaq ümidinin çox olmadığını bildirib.

 İran Səhiyyə Nazirliyi bu saata qədər ölkənin 20 əyalətində koronavirusa yoluxma halının qeydə alındığını, indiyədək 22 nəfərin öldüyünü, 54 nəfərin sağaldığını, 141 nəfərə isə koronavirus diaqnozunun qoyulduğunu bildirir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə