İranda dollar “tarixi rekord” qırdı
İranda ABŞ-ın iqtisadi sanksiyaları fonunda bazarlarda 1 dolların 10 min tümən səviyyəsini keçdiyi açıqlanıb.
Oxu.Az xəbər verir ki, “tarixi rekord”dan sonra 1 avro 12 min 650 tüməndən satılır.
Yerli qaynaqların yaydığı məlumata görə, hazırda 1 dollar 10 min 700 tümənə realizə olunur.
İranda qısa zamanda dolların 4 min tüməndən 7 min 500 tümənə yüksəlməsindən sonra Həsən Ruhani hökuməti aprel ayında beynəlxalq valyutanın 4 min 200 tüməndə sabitləşməsi qərarını vermiş və azad bazarda alqı-satqını yasaqlamışdı.