Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

İranda DƏHŞƏTİN GÖRÜNTÜLƏRİ : Arvadının başını kəsib küçədə gəzdirdi - FOTO


İranda qan donduran hadisə baş verib. Ölkənin Xuzistan əyalətində bir şəxs saçından tutduğu kəsilmiş başla poza verib və həmin anları sosial media hesabında paylaşıb.

Kəsilmiş başın qatilin həyat yoldaşına aid olduğu bildirilib.

17 yaşlı arvadının başını kəsən qatil ər və onunla əlbir olan qardaşı yerli polis tərəfindən həbs edilib. Öldürülən qadının cəsədi evində tapılıb.

Görüntülərin sosial şəbəkələrdə yayılması ölkəni ayağa qaldırıb.

Məlum olub ki, qadın ərinin zorakılığından qaçaraq Türkiyəyə getsə də, yoldaşı onu taparaq İrana qaytarıb və qardaşı ilə əlbir hərəkət edərək arvadının başını kəsib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə