Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

İranda koronavirusa yoluxanların sayı 87 mini ötdü

İranda daha 90 nəfər koronavirusun qurbanı olub.

Bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat yayıb.

Onun sözlərinə görə, bununla ölkədə infeksiyadan ölənlərin sayının 5 481 nəfərə çatıb.

O bildirib ki, daha 1 030 nəfərdə koronavirus aşkarlanıb və beləliklə, infeksiya daşıyıcılarının sayı 87 026 nəfərə yüksəlib.

K.Cahanpur həmçinin 64 843 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını, 3 105 pasiyentin vəziyyətinin isə ağır olduğunu söyləyib.

Bu arada məlum olub ki, İranda koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində bağlanan park və bağçalar 1 aydan sonra yenidən açılıb.

IRNA-ya xəbər verir ki, parklar ilkin olaraq paytaxt Tehranda açılılıb.

Ölkə daxili işlər nazirinin müavini Hüseyn Zülfiqari bildirib ki, bu, koronavirusun artıq azalmağa doğru getməsi ilə bağlıdır: “Bu da görülən tədbirlərin önəmi və xalqın həmrəyliyinin göstəricisidir”.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə