İranın şərqində 5,8 bal gücündə zəlzələ baş verib.
Xeberinmerkezi az-in məlumatına görə, təkanlar yerli vaxtla 04:29-da (Bakı vaxtı ilə 08:29-da) qeydə alınıb.
Zəlzələnin episentri Xorasan-Rəzəvi əyalətində olub. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.