İrandakı “partlayış”ın səbəbi məlum oldu
Bu gün İranın Simnan əyalətində baş verən güclü partlayış səsinin səbəbi qırıcının icazə verilən limitdən aşağı uçuşu və səs baryerinin həddi ilə bağlı olub.
Xeberinmerkezi.az xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.
Məlumata əsasən, əvvəlcə səsin mənbəyinin Gərmsar sənaye şəhərciyindən olduğu düşünülsə də, məsələni araşdıran səlahiyyətlilər bu sənaye ərazisində heç bir partlayış və ya tüstünün müşahidə edilmədiyini bildirib. Gurultunun səbəbi isə səs həddinin aşılması olub.
Qeyd edək ki, bu gün səhər saatlarında İranın Gərmsar sənaye şəhərciyində güclü partlayış səsi eşidilib.
Son bir həftə ərzində Simnan əyalətində əhəmiyyətli sənaye mərkəzlərində 3 partlayış baş verib və 4 nəfər həlak olub.