İraq parlamentinin buraxılması iddiası rədd edildi
İraqda Müqtəda əs-Sədr hərəkatının parlamentin buraxılması ilə bağlı iddiası rədd edilib.
Xeberinmerkezi.az xəbər verir ki, bu barədə İraq federal məhkəməsi qərar qəbul edib.
Qeyd olunub ki, federal məhkəmənin yurisdiksiyası konstitusiyanın 93-cü maddəsi, Federal Məhkəmə Aktının 4-cü maddəsi ilə məhdudlaşır və parlamentin buraxılmasını əhatə etmir.