İraqa səfər etmək istəyən azərbaycanlılara xoş xəbər: Viza artıq sərhəddə alınacaq
Azərbaycan vətəndaşları İraqa səyahət edərkən giriş vizalarını artıq bu ölkənin sərhəd-keçid məntəqələrində əldə edə biləcək.
Bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov “X” sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, bununla bağlı İraq daxili işlər naziri müvafiq əmr imzalayıb.
“Bununla əlaqədar başda İraq Respublikasının Baş naziri olmaqla, bu ölkənin Daxili İşlər və Xarici İşlər Nazirliklərinə təşəkkürümüzü bildiririk”, - deyə diplomat vurğulayıb.