İsmayıllıda ayı kişini parçaladı
İsmayıllı rayonunda ayı kəndə hücum edib.
Hadisə Xanagah kəndində baş verib. Kənd sakini, 1950-ci il təvəllüdlü Rəsulov İsmayıl Yaqub oğlu kəndə girən ayının hücumuna məruz qalıb. Özünü müdafiə edərək ayıdan canını qutaran İ.Rəsulov əl və üz nahiyyəsindən xəsarət alıb. Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb.